• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Dostluğun sehri” II Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi

Dekabrın 19-da 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Dostluğun sehri” adlı II Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, dövlət və özəl qurumların, xarici ölkələrin Azərbaycandakı səfirliklərin və diplomatik nümayəndəliklərin əməkdaşları iştirak ediblər.

“Ölkəmin adət və ənənələri” mövzusunda keçirilən müsabiqə dünya xalqlarının tarixi keçmişini, milli adət-ənənələrini yaxından tanımaq, uşaqların bu mövzu ilə əlaqədar maraqlı fikir və düşüncələrini bilmək, dünya uşaqları arasında dostluq münasibətlərini yaratmaq və gənc istedadları üzə çıxarmaq məqsədilə təşkil edilib.

Dünyanın 30 ölkəsindən 304 təhsil müəssisəsinin qatıldığı müsabiqəyə 2539 rəsm işi təqdim olunub.Məktəblilər əsərlərində mənsub olduqları ölkələrin milli adət-ənənələrini, bayram, geyim, oyun, musiqi alətləri və mətbəxi əks etdiriblər.

Müsabiqə 2 mərhələdə-seçim turu və qaliblərin müəyyənləşdirilməsi üzrə keçirilib. Münsiflərin rəyi ilə 54 iş birinci, 42 iş ikinci, 41 iş üçüncü, 95 iş həvəsləndirici yerlərə layiq görülüb. Qaliblər diplom və medallarla təltif olunub. Bir iştirakçı isə müsabiqənin ən yüksək mükafatına – “Qran-pri” mükafatına layiq görülüb.

Mərkəzin bədii kollektivlərinin çıxışlarından sonra rəsm işlərinə baxış keçirilib.

Müsabiqə Təhsil Nazirliyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı,  Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə keçirilib.


6 il əvvəl