• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub

26 noyabr-2 dekabr 2017-ci il tarixlərində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Estoniya Respublikasında səfərdə olub.

Səfərin əsas məqsəd Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, əmək bazarının tələblərinə uyğunlaşdırılmaqla peşə təhsili sisteminin inkişafı, peşə təhsili müəssisələrində strateji planlaşdırma, qeyri-formal və informal təhsil, yaşlıların təhsili, səmərəli maliyyələşdirmə mexanizminin yaradılması istiqamətində beynəlxalq təcrübələrin öyrənilməsindən ibarət olub.

Səfərin ilk günü Estoniya Respublikasının Təhsil və Tədqiqat Nazirliyində görüşlər keçirilib, iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Səfər çərçivəsində Təhsil və Tədqiqat Nazirliyinin əsas tərəfdaşı olan İnnovasiya Fondu, Estoniya Ticarət ve Sənaye Palatası, kənd təsərrüfatı və xidmət sahələri üzrə fəaliyyət göstərən peşə təhsili müəssisələrində görüşlər keçirilib. Görüşlərdə ölkələrimiz arasında yüksək səviyyəli və tarixi əlaqələrə toxunan Famil Mustafayev peşə təhsili sahəsində Azərbaycanda aparılan islahatlar haqqında geniş məlumat verib, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün konkret təklifləri qarşı tərəfə çatdırıb.

Təlim səfərində Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri Estoniyanın kvalifikasiya sitemi, peşə təhsilində keyfiyyətin təminatı, peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq, kurikulumların hazırlanması, yaşlıların təhsili və nəticəyönümlü modulların tətbiqinə dair təcrübə ilə yaxından tanış olublar.

Təlim səfəri “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsi çərçivəsində baş tutub. Səfərdə bu layihənin  rəhbəri Herman Sonnerveld və ekspertlər də iştirak edib.

Estoniya təhsil islahatlarına görə Avropa ölkələri içərisində aparıcı yer tutur və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı, optimallaşdırılmış peşə təhsili müəssisələri, effektiv peşə təsərrüfat fəaliyyəti sahəsində qabaqcıl təcrübəyə malikdir.


6 il əvvəl