• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə seçiminə dair tədbirlər keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində  “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda tədbirlər keçirilir.

Təhsil Nazirliyinin razılığına əsasən, Dövlət Məşğulluq Xidməti və “Təhsilin İnnovativ İnkişafı” Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlər məktəblilərin peşə meyl və maraqlarının müəyyənləşdirilməsində, onlara gələcəkdə peşə və ixtisas seçimində köməklik göstərmək və övladlarını yaradıcı əməyə hazırlamaq, onları düzgün ixtisas seçiminə yönəltmək barədə valideynləri məlumatlandırmaqdan ibarətdir.

Tədbirdə ölkəmizin əmək bazarındakı vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə geniş məlumat verilir. İxtisas seçimi, bu məsələdə diqqət yetirilməli məqamlar, bilik və bacarıqların düzgün qiymətləndirilməsi və digər müvafiq məsələlər ətrafında müzakirələr aparılır, peşə hazırlığı, əlavə  təhsil  kursları haqqında suallar cavablandırılır.

Seçilən peşə növünün xüsusiyyət və tələbləri ilə şagirdlərin psixofizioloji və sosial-psixoloji durumu arasındakı uyğunluğun müəyyənləşdirilməsinin mühüm məsələlərdən olduğu diqqətə çatdırılır.

Sonda şagirdlərə peşəyönümü ilə bağlı tərtib edilmiş əyani vəsaitlər təqdim edilir.


6 il əvvəl