• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ali təhsil müəssisələrində təlimlər

2017-2018-ci tədris ili müddətində akkreditasiyası keçiriləcək ali təhsil müəssisələrinin əməkdaşlarına təlimlər keçirilib. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin əməkdaşları tərəfindən keçirilən təlimlər Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Kooperasiya Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət Aqrar UniversitetiMilli Aviasiya Akademiyasında təşkil olunub.

Təlimlərin məqsədi ali təhsil müəssisələri tərəfindən təqdim olunan özünütəhlil hesabatlarının təkmilləşdirilməsi və hesabatların tələb olunan qaydada tərtib edilməsinə dəstək göstərməkdir. Təlimlərdə ali təhsil müəssisələrinin müvafiq səlahiyyətli şəxsləri ilə birlikdə özünütəhlil prosesinin effektiv təşkili, hesabatlarda qiymətləndirmə meyarlarının tam şəkildə əksi, habelə müəssisənin fəaliyyətində son 5 ilin dinamik inkişafının əks olunması, müvafiq ardıcıllıqla onların hesabatda göstərilməsi qaydaları müzakirə edilib. Eyni zamanda  akkreditasiya üçün keyfiyyət istiqamətləri ətraflı şəkildə izah olunub.

İştirakçılar akkreditasiya prosesinin təşkilində bu təlimlərin faydalı olduğunu qeyd edib, ali təhsil müəssisələrində keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi üçün təlimlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.


6 il əvvəl