İdmançılarımız beynəlxalq yarışda uğurla çıxış edib
Türkiyənin Antalya şəhərində futbol üzrə “Limra Cup 2017” beynəlxalq turnirində “Təhsil” Respublika İdman Mərkəzinin 10-12 yaşlı yeniyetmələrdən ibarət yığma komandaları uğurla çıxış edib. Mərkəzin komandaları 2005-2006-cı il yaş qrupu üzrə I yerə, 2007-ci il yaş qrupu üzrə isə III yerə layiq görülüb.
12-13 yaş qrupu üzrə yarışda Türkiyənin “Kemer Kartalları”, “Manavgat Spor”, Rusiyanın “Kazanka” və Qazaxıstanın “Shymkent” klublarının komandaları,10 yaş qrupu üzrə yarışda isə Türkiyənin “Beşiktaş”, “Kemer Kartalları”, “Manavgat Spor”, “BD Spor”, Rusiyanın “Lokomotiv” və Azərbaycanın “Qəbələ” klubları iştirak edib.
Komandaların turnirdə iştirakının təmin edilməsində əsas məqsəd idmançıların yarış təcrrübəsinin artırılması, keçiriləcək beynəlxalq yarışlara hazırlıq səviyyələrinin artırılmasından ibarət olub.
6 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30