• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları təlimdə

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları alman mütəxəssislərinin təşkil etdiyi “Təlimçilərin təlimi”ndə iştirak ediblər.

Təlim Təhsil Nazirliyi yanında  Peşə Təhsil üzrə Dövlət Agentliyinin Almaniyanın kənd təsərrüfatı texnikası istehsalçısı olan “CLAAS” şirkəti ilə “Kənd təsərrüfatı Texnologiyası və İdarəetmə Təşəbbüsü - Azərbaycan” layihəsi çərçivəsində əldə etdiyi razılaşmaya əsasən  keçirilib.

“Gilan Agriculture” portfelinə daxil olan "Gilan Aqrotek" şirkətində keçirilən təlimdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 3 əməkdaşı iştirak edib.

Layihənin məqsədi “CLAAS” markalı müasir kənd təsərrüfatı texnikasının texniki istismar qaydalarının və təmir texnologiyasının avadanlıq operatorlarına öyrədilməsi üçün təlimçilərinin təlimləndirilməsi, kənd təsərrüfatı texnikası, bitkiçilik və istehsal iqtisadiyyatı  modulları üzrə iş yerində təlim təcrübəsinin tətbiqidir.

Təlim Peşə Təhsil üzrə Dövlət Agentliyi və “Gilan Agriculture” arasında cari ilin 25 oktyabrında imzalanmış Anlaşma Memorandumunun icrası istiqamətində həyata keçirilib. 


6 il əvvəl