• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Koreyanın Azərbaycandakı səfirliyi Uşaq-Gənclər İnkişaf Mərkəzinə milli geyimlər hədiyyə edib

Oktyabrın 23-də Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyu 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində olub.

Mərkəzin direktoru Lalə Qəti qonaqları uşaqlar üçün yaradılmış şəraitlə tanış edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda təhsil sahəsinə göstərilən dövlət qayğısından danışıb, mərkəzin yeni istifadəyə verilən bazasında uşaq və yeniyetmələrin  yaradıcı təxəyyülünün, bacarıqlarının  inkişaf etdirilməsi baxımından hər cür şərait yaradıldığını qeyd edib.

Azərbaycan ilə Koreya Respublikası arasında əlaqələrin dinamik inkişaf etdiyini, xüsusilə, təhsil sahəsində əməkdaşlığın genişləndiyini diqqətə çatdıran nazir müavini azərbaycanlı gənclərin Koreya Respublikasının bir sıra nüfuzlu universitetlərində təhsil aldıqlarını bildirib.  

Səfir Kim Çanq-Qyu səmərəli əməkdaşlıq üçün təşəkkür edib, Koreya Respublikası ilə Azərbaycan arasında təhsil münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Daha sonra səfirlik tərəfindən mərkəzə Koreya Respublikasının milli geyimi, müxtəlif hədiyyələr və Qış Olimpiya Oyunlarının simvolu təqdim olunub.

Mərkəzin “Azəri inciləri” uşaq qrupu Koreya Respublikasının milli rəqslərini ifa ediblər.


6 il əvvəl