• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qrant müsabiqəsi üzrə qalib layihələr

Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində dəstəklənən 32 layihənin icrasına başlanılıb.  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə, ümumilikdə, ümumi təhsil müəssisələri kateqoriyası üzrə 15, fərdi kateqoriya üzrə 17 layihə həyata keçirilir.   

Layihələr 3-12 ay müddətində icra ediləcək.  

Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin keçirilməsində əsas məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. 

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinə respublika üzrə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər qatılıb. 10 mövzu üzrə keçirilən müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 78, fərdi kateqoriya üzrə 213 layihə təklifi daxil olub. Müsabiqənin Təşkilat Komitəsi Ekspert Qrupu tərəfindən ümumi təhsil müəssisələri kateqoriyası üzrə 37, fərdi kateqoriya üzrə 83 layihənin dəstəklənməsi məqsədəuyğun sayılıb. Barələrində müsbət qərar qəbul olunmuş layihələrin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.


6 il əvvəl