• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Füzuli rayonunda vətəndaşları qəbul edib

Oktyabrın 16-da təhsil naziri Mikayıl Cabbarov Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl təhsil naziri Mikayıl Cabbarov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinləri, eləcə də bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edib.

Qəbulda vətəndaşlar müəllimlərin yerdəyişməsi, işə qəbulu və işə bərpa olunması, direktorların işə qəbulu və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinə və yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib, əksər məsələlər isə yerindəcə həllini tapıb.


6 il əvvəl