• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müəllimlər üçün ixtisasartırma təlimləri

İbtidai sinif müəllimləri üçün yeni ixtisasartırma proqramlarının sınaq təlimləri təşkil edilib.

Oktyabrın 4-dən start verilən təlimlər Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) keçirilir.

Təlimlərin təşkilində əsas məqsəd yeni ixtisasartırma proqramlarını sınaqdan keçirdikdən sonra ümumi istifadəyə verməkdən ibarətdir. 

Sınaq təlimləri sinfin idarəolunması, ibtidai təhsildə oxuyub-anlama bacarıqlarının inkişafı metodikası, yazı işinin təşkili, qiymətləndirmə vasitələrinin hazırlanması, məktəbəhazırlıq qruplarında öyrədici və inkişafetdirici mühitin təşkili, məktəbəhazırlıq dövründə didaktik oyunlardan istifadə proqramları üzrə keçirilir.

TİPİİ-nin əməkdaşları tərəfindən hazırlanan proqramların məzmunundan asılı olaraq təlimlərin müddəti müxtəlifdir.

Sınaq təlimlərinin sonunda iştirakçılara müvafiq sertifikatlar veriləcək. 


6 il əvvəl