“eTwinning Plus” layihəsi çərçivəsində seminar
“eTwinning Plus” layihəsi çərçivəsində Gürcüstanın Tbilisi şəhərində “Müəllimlərin elektron –virtual əlaqəsi” adlı seminar keçirilib.
Seminarın əsas məqsədi “eTwinning Plus” layihəsi çərçivəsində müasir tədris metodologiyalarının tətbiqinin müzakirəsi və bu sahədə təcrübə mübadiləsinin aparılması olub.
Seminarda İsmayıllı rayon 1 nömrəli tam orta məktəbin müəllimləri Surə Mehdiyeva və Şükufə Nəcəfova iştirak edib.
Tədbirdə “eTwinning Plus” layihəsi çərçivəsində fəaliyyət göstərən müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə təlimlər də təşkil olunub.
Qeyd edəki ki, hazırda “eTwinning Plus” layihəsinə respublika üzrə 123 məktəb, 355 müəllim cəlb olunub. Layihə çərçivəsində müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə onlayn təlimlər, Avropa ölkələrində müxtəlif seminar və konfranslar təşkil edilir. Cari ildə 81 müəllim 115 onlayn kursda iştirak edib və beynəlxalq sertifikatlar qazanıb. Layihə Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.
6 il əvvəl
Digər xəbərlər
-
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib
17.04.2024 - 15:05 -
Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb
16.04.2024 - 17:28 -
Vətəndaş müraciətlərinin statistikası
16.04.2024 - 16:22