• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Martın 9-da Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində (RETTM) “Eko-Erudit” adlı ekoloji Breyn-rinq keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”ndan irəli gələn vəzifələrin icrası çərçivəsində Bakı şəhərinin məktəbliləri arasında keçirilən ilk yarımfinal olan bilik yarışının əsas məqsədi məktəblərdə ekoloji maarifləndirmə işlərini genişləndirmək, şagirdlərdə ətraf mühitə və təbii sərvətlərə maraq, qayğı və məhəbbət duyğularını daha da inkişaf etdirmək, gənclərdə ekoloji mədəniyyət və ətraf mühitin qorunmasına məsuliyyətli münasibət formalaşdırmaqdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və  46 saylı Məktəbdənkənar İş Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən Breyn-rinqdə 58 saylı orta məktəbin “Xəzər”, 194 saylı orta məktəbin “Günəş”, 64 saylı orta məktəbin “Həyəcan”, 269 saylı orta məktəbin “Səma”, Azərbaycan Uşaqdan-Uşağa Sülh Şəbəkəsinin “Xarı bülbül” komandaları yarışıblar.
Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin aparıcı mütəxəssisi Elnur Əlizadə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktəbdənkənar təhsil sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin sosial-siyasət şöbəsinin müdir müavini Lalə Dadaşova, RETTM-nin əməkdaşları, müəllim və valideynlər iştirak ediblər.
Qonaqları salamlayan RETTM-nin direktoru Əli Şükürov bilik yarışmasında məktəblilərə uğurlar diləyib, Breyn-rinqin təşkilinə dəstək vermiş hər kəsə minnətdarlığını bildirib.
 “Eko-Erudit” ekoloji Breyn-rinqin yarımfinal mərhələsində daha çox bal toplayan 58 saylı orta məktəbin “Xəzər” komandası I, 194 saylı orta məktəbin “Günəş” komandası II, 269 saylı orta məktəbin “Səma” komandası III yeri tutublar.
Yarışın sonunda qalib gələn komandalara diplom və qiymətli hədiyyələr təqdim olunub.


8 il əvvəl