• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Martın 9-da Suraxanı rayonunda yerləşən 318 saylı orta məktəbdə “Ekologiya ilində-Hər kəsdən təbiətə bir töhfə” adlı ekoloji tədbir keçirilib.

Tədbirdə otaq bitkilərindən, plakat və rəsmlərdən ibarət əl işləri sərgilənib.
Tədbir iştirakçılarını salamlayan məktəbin kimya-biologiya müəllimi Şirin Məmmədova sözü tədris ocağının direktoru Fərhad Həsənova verib.
Çıxışında ekoloji problemlərə toxunan F.Həsənov məktəbdə ekologiyanın qorunması, şagirdlərə təbiətə məhəbbət hisslərinin aşılanması baxımından görülən işlərdən söhbət açıb. O, 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunmasının məktəblilər tərəfindən də rəğbətlə qarşılandığını nəzərə çatdırıb.
Tədbirdə çıxış edən Ekologiya və təbii sərvətlər nazirliyinin şöbə müdiri Şövkət Bəkirov, Suraxanı rayon gənclər və idman idarəsinin rəisi Amil Bağırov, Respublika ekoloji tərbiyə və təcrübəçilik mərkəzinin direktoru Əli Şükürov, müəllim və valideynlər bioloji müxtəliflik haqqında söhbət açıb, ətraf mühitə doğma münasibətin əsil vətənpərvərlik meyarı olduğunu bildiriblər. Çıxışlarda qlobal ekoloji problemlərə toxunulub, atmosferin çirklənməsi səbəbləri və bu problemlərin həlli yollarından bəhs olunub. Suların qorunması, içməli su problemləri barədə fikirlərini bildirən natiqlər ekoloji mədəniyyətin hər bir insan üçün vacib olduğunu vurğulayıblar.
Məktəblilər ətraf mühit və ekologiyanın mühafizəsi, meşələrin qorunması, flora və fauna, ekoloji mədəniyyət mövzularından bəhs edib, günümüzün vacib tələblərindən olan qlobal ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair məsələlərdən söz açaraq onların həlli yollarını araşdırıblar.
Tədbirdə məktəblilərin hazırladıqları “Tullantılar və qənaət” mövzusunda səhnələşdirilmiş kompazisiya təqdim olunub, şeirlər və mahnılar səsləndirilib.
Tədbirin sonunda fəal şagirdlərə diplom və hədiyyələr təqdim olunub, məktəblilər və qonaqlar ağacəkmə aksiyasında iştirak ediblər.


8 il əvvəl