• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Təhsil və məşğulluq” üzrə Daimi Şuranın iclası keçirilib

Sentyabrın 29-da Təhsil Nazirliyi yanında  “Təhsil və məşğulluq” üzrə Daimi Şuranın iclası keçirilib. Daimi Şuranın sədri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev ölkəmizdə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və bu sahədə həyata keçirilən islahatların, o cümlədən əmək bazarının dəyişən tələblərinə uyğun kadr hazırlığının vacibliyini qeyd edib, Daimi Şuranın yaranmasının və fəaliyyətinin əhəmiyyəti barədə məlumat verib.

İclasda şuranın fəaliyyətinin əsas prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə edilib.

Qeyd edək ki, təhsil siyasətinin cəmiyyətdə hər bir vətəndaşın həyatında mühüm rolunu nəzərə alaraq, aparılan islahatların səmərəliliyinin və nəticəyönümlülüyünün artırılması, təhsilin bütün pillələrində əmək bazarına uyğun rəqabətqabiliyyətli kadr hazırlığının təmin olunması sahəsində təklif və tövsiyələrin verilməsi məqsədilə Təhsil Nazirliyi yanında “Təhsil və məşğulluq” üzrə Daimi Şura yaradılıb.

Daimi Şurada müvafiq nazirliklərin, aparıcı ali təhsil müəssisələrinin, ictimai təşkilatların, özəl sektorun nümayəndələri və müstəqil ekspertlər fəaliyyət göstərir.


6 il əvvəl