• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulu üzrə müsahibə

Təhsil Nazirliyi sisteminə daxil olan ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulunun müsahibə mərhələsi üzrə ərizələrin qeydiyyatına başlanılır.

İşə qəbul üzrə müsahibədə bu il və ya ötən il test mərhələsindən müvafiq keçid balını toplamış, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulu Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən həyata keçirilir.

Namizədlər oktyabr 3-dək ərizəsini və müvafiq sənədləri (müraciət etdiyi rayon (şəhər), test mərhələsində topladığı bal, şəxsiyyət vəsiqəsinin surəti, təhsil sənədinin surəti) Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə və ya  office@vet.edu.gov.az elektron ünvanına təqdim etməlidirlər.

 

2017-2018-ci tədris ilində respublikanın şəhər və rayonlarında yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulu üzrə vakant yerlər barədə məlumat

 


6 il əvvəl