• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İKT avadanlıqlarının təhvil verilməsi barədə akt imzalanıb

Sentyabrın 19-da Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil NazirliyiKənd Təsərrüfatı Nazirliyi ilə Çin Xalq Respublikasının İqtisadi Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzi arasında İKT avadanlıqlarının təhvil verilməsi barədə aktın imzalanma mərasimi keçirilib.

İKT avadanlıqlarının təhvil verilməsi barədə aktı Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri Heydər Əsədov və Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinxua imzalayıb.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu gün Azərbaycan və Çin arasında əməkdaşlıq daha geniş şəkildə inkişaf edir. İki ölkə arasında təhsil sahəsində anlaşma memorandumu əsasında son iki ildə 43 Azərbaycan vətəndaşının Çində, 41 Çin Xalq Respublikası vətəndaşının Azərbaycanda qarşılıqlı təqaüd əsasında təhsil aldığını bildirən nazir qeyd edib ki, bu tələbələr təhsil almaqla yanaşı hər iki ölkənin tarixinin, mədəniyyətinin öyrənilməsində və xalqlar arasında dostluğun güclənməsində mühüm rol oynayacaqlar.

Nazir bildirib ki, 2016-cı ilin dekabr ayında bağlanmış müqaviləyə əsasən Çin Xalq Respublikası hökumətinin texniki yardımı hesabına tədris prosesində istifadə olunması məqsədilə Təhsil Nazirliyinə və Kənd Təsərrüfatı Nazirliyinə 20 min ədəd noutbuk, elektron lövhə, proyektor, printer və digər İKT avadanlıqları təqdim edilib.

Daha sonra çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki,  İKT avadanlıqlarının verilməsi təkcə münasibətlərin inkişafı üçün deyil, eyni zamanda aqrar sahədə, təhsil sistemində bacarıqların təkmilləşdirilməsində, institutlarda elmi-tədqiqat işlərinin gücləndirilməsində, eləcə də informasiya-məsləhət xidmətinin genişləndirilməsində mühüm rol oynayacaq. 

Çinin Azərbaycandakı səfiri Vey Cinxua Azərbaycanla bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığa hazır olduqlarını söyləyib.

Nazirlər Kabinetinin şöbə müdiri Nail Fətəliyev ölkədə təhsil sahəsində kifayət qədər bilik və bacarığa malik olan gənclər hazırlandığını qeyd edərək yaxın zamanlarda peşə təhsili üzrə müasir avadanlıqların təhsil müəssisələrinə veriləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, təhsil müəssisələri üçün nəzərdə tutulan avadanlıqların verilməsinin əsas məqsədi təhsil sistemini müasirləşdirmək, beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, İKT-nin tətbiqini genişləndirmək və region məktəblərinin İKT avadanlıqlarına olan ehtiyacını təmin edərək əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanını yaratmaqdır.

 


6 il əvvəl