• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanlı şagirdin Avropa qalibiyyəti

7-13 sentyabr tarixlərində Bolqarıstanın Sofiya şəhərində Birinci Avropa Gənclər olimpiadası keçirilib. Kompüter proqramlaşdırılması sahəsində keçirilən olimpiadada  15 yaşa qədər Avropa ölkələrinin şagirdləri iştirak edib.

Olimpiadada şagirdlər proqramlaşdırma dillərindən birində kompüter alqoritmi həll etmək məsələsi ilə qiymətləndiriliblər. 22 ölkənin qatıldığı Birinci Avropa Gənclər olimpiadasında Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Abutalıb Namazov bürünc medal qazanıb.  


6 il əvvəl