• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Prezident İlham Əliyev Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 239 nömrəli tam orta məktəbin binasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbin binasında görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, bu məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar təhsil alırlar. Məktəb 1927-ci ildən fəaliyyət göstərir. Burada da əsaslı təmir işləri Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının tədbirlər planının icrası ilə əlaqədar aparılıb. Məktəbin ikimərtəbəli binasında 23 sinif otağı var. Burada uşaqlara gündə 2 dəfə yemək verilir. Təhsil müəssisənin bütün otaqları zəruri əyani tədris vəsaitləri ilə təchiz olunub. Bundan başqa, təhsil ocağının informatika otağı və gimnastika zalı da şagirdlərin ixtiyarına veriləcək. Məktəbin tədris proqramına, ümumilikdə, 900 şagird cəlb edilib.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bu cür müəssisələrin müasir səviyyədə yenidən qurulması onu göstərir ki, Azərbaycan dövləti təhsilin inkişafına və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqətlə yanaşır. Bu layihənin həyata keçirilməsi, eyni zamanda, ölkədə bütün sosial təbəqələrə aid vətəndaşların təhsil almaları üçün yaradılan şəraiti aydın nümayiş etdirir.

 

www.president.az


6 il əvvəl