• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Olimpiadaçılarımız 5 medalla qayıdır

4-9 sentyabr tarixlərində Moskva şəhərində növbəti dünya səviyyəli Beynəlxalq Meqapolis olimpiadası keçirilib. 36 ölkənin, 288 məktəblinin qatıldığı olimpiadada şagirdlərimiz  uğur qazanıblar. Belə ki, olimpiadaya ilk dəfədir ki, qatılan məktəblilərimiz bir qızıl və dörd bürünc medal əldə ediblər.

Kimya fənni üzrə akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 11-ci sinif şagirdi Ramil Babazadə qızıl, Kimya, Biologiya təmayüllü liseyin X sinif şagirdi Əli Əliyev bürünc medal qazanıblar.  

İnformatika fənni üzrə akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ziya Muxtarov bürünc, riyaziyyat fənni üzrə akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinif şagirdi Anar Rzayev və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Murad Ağazadə bürünc medala layiq görülüblər.  Komanda üzrə ölkəmiz 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Meqapolis olimpiadası 4 fərqli fənlər ( riyaziyyat, informatika, kimya və fizika ) üzrə keçirilən komanda turniridir. 14-18 yaş arası yuxarı sinif şagirdləri arasında keçirilən olimpiadaya ölkəmiz hər fənn üzrə 2 şagird olmaqla 8 iştirakçıdan ibarət komanda heyəti ilə qatılıb.


6 il əvvəl