• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Prezident İlham Əliyev “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasının açılışında iştirak edib

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısı Zuğulba tədris idman bazasının rəmzi açılışını bildirən lenti kəsdi.

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevə yeni tədris müəssisəsi barədə məlumat verdi.

Bildirildi ki, burada inşaat işlərinə 2015-ci ildə başlanılıb. Kompleksin tikintisi yüksək keyfiyyətlə və müasir səviyyədə aparılıb. İdman bazasının ümumi sahəsi 1 hektara yaxındır. Baza yataqxana və idman sağlamlıq korpusları, amfiteatr, həmçinin mini futbol və basketbol meydançalarından ibarətdir.

Dövlət başçısı müəssisənin idman sağlamlıq korpusunda yaradılan şəraitlə tanış oldu.

Son illərdə Azərbaycanda yeni məktəb binalarının inşası, idman komplekslərinin tikintisi, mövcudlarının isə müasir səviyyəyə çatdırılması istiqamətində böyük işlər görülüb. Bunun nəticəsidir ki, ölkədə yeni məktəb binalarının, tədris idman komplekslərinin sayı sürətlə artıb. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə son illərdə bu istiqamətdə icra edilən layihələrin əsas məqsədi gənc nəslin daha savadlı və bilikli olması ilə yanaşı, həm də sağlam böyüməsidir. Bu cür komplekslər yeniyetmə və gənclərə idmanın müxtəlif növləri ilə məşğul olmağa hərtərəfli şərait yaradır.

Yeni istifadəyə verilən bu bazada əsasən yığma komandaların təlim məşq toplanışlarının, idmanın müxtəlif növləri üzrə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi, aktual mövzularda seminarların təşkil edilməsi, idmanda fərqlənən məktəblilər üçün yay düşərgələrinin yaradılması, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili nəzərdə tutulur.

Prezident İlham Əliyev gələcəyimiz olan gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşıb, onların təhsil, sosial məsələlərinin həlli, asudə vaxtlarının səmərəli təşkili, həmçinin idmanla məşğul olmaları üçün çox mühüm işlər görüb. Belə komplekslərin istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən layihələrin tərkib hissəsidir. Bu baza gənclərin hərtərəfli inkişafı, onların fiziki cəhətdən sağlam olması kimi məsələlərdə vacib rol oynayır. Tədris idman bazası idmançılar üçün də geniş imkanlar açır.

Bu cür komplekslər Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasında, gənc nəsildə idmana olan marağın artırılmasında böyük əhəmiyyətə malikdir. Ölkədə digər sahələrdə olduğu kimi, təhsil və idman sferalarında da aparılan əsaslı islahatlar çərçivəsində belə komplekslərin istifadəyə verilməsi sübut edir ki, ölkəmizdə insan kapitalının inkişaf etdirilməsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir.

Zuğulba tədris idman bazasında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.

 

www.president.az

 


6 il əvvəl