• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

TAIEX proqramı çərçivəsində təlim-seminar keçirilib

Sentyabrın 5-də Təhsil İnstitutunun təşkilatçılığı ilə Avropa Komissiyasinin TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) layihəsi çərçivəsində “Universitetlərin strateji inkişafı” adlı təlim-seminar keçirilib.

TAIEX proqramı çərçivəsində keçirilən təlim-seminarın mövzusu  universitetlərin strateji inkişaf planlarının hazırlanması və həyata keçirilməsindən ibarətdir. Məqsəd ali təhsil müəssisələrində rəhbər vəzifədə çalışan və onlarla əməkdaşlıq edən təşkilatların nümayəndələrinə universitetlərin inkişafına dəstək ola biləcək bilik və bacarıqları aşılamaq, bəzi suallara birgə cavab axtarmaq və tez-tez rast gəlinən problemlərə ortaq həll tapmaqdır.

Seminarın təlimçiləri Almaniya, Belçika və Portuqaliyadan dəvət olunmuş mütəxəssislərdir. Bununla yanaşı, seminarda Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri və Təhsil İnstitutunun direktor vəzifəsini icra edən Emin Əmrullayev, Təhsil Nazirliyinin, Təhsil İnstitutunun və yerli təhsili idarəetmə qurumlarının əməkdaşları, ali təhsil müəssisələri ilə işləyən təşkilat nümayəndələri, təhsil ekspertləri, eləcə də 8 şəhər və 4 regional olmaqla, 12 ali təhsil müəssisəsinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, TAIEX proqramının məqsədi təlimlər, seminarlar, ekspert missiyaları və araşdırma səfərlərini təşkil etmək kimi dəstəkləyici tədbirlər vasitəsilə Avropa Birliyi ölkələrində mövcud olan bilik və təcrübəni digər ölkələrdəki dövlət qurumları ilə paylaşmaqdır.

Təlim-seminar sentyabrın 6–da öz işini davam etdirəcək.

 


6 il əvvəl