• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilər üçün ekskursiya

 Paytaxt məktəblilərinin Miniatür Kitab Muzeyinə ekskursiyası təşkil edilib.

 Ekskursiyada “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi”nə qatılan şagirdlər iştirak edib.

Ekskursiya zamanı məktəblilərə muzey haqqında ətraflı məlumat verilib, şagirdlər eksponatlarla tanış olublar.

Qeyd edək ki, avqust ayından VII-VIII sinif şagirdləri üçün “Yay məktəbi”nə start verilib. Avqustun 31-dək davam edəcək “Yay məktəbi”nin II mərhələsi 400-dən artıq şagird üçün təşkil olunub. Hazırda məktəblilər üçün təlim, seminar, informativ sessiya, əyləncəli oyun və idman yarışları keçirilir. 

“Yay məktəbi”nə iyulun 3-dən 31-dək V-VI sinif şagirdləri qatılıb. Sonda fəal şagirdlərə sertifikatlar təqdim edilib.  

“Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır.

“Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.


6 il əvvəl