• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili müəssisələrinə qəbulda böyük fəallıq 

“ASAN Peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir. Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə həyata keçirdiyi layihə avqustun 1-dən start götürüb. Artıq 10 gündür davam edən sənəd qəbulunda 5 minə yaxın vətəndaş qeydiyyatdan keçərək ixtisas seçib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili “Azərbaycan müəllimi”nə açıqlamasında deyib ki, prosesdə böyük fəallıq müşahidə olunur: “Gözlənildiyi kimi, peşə-ixtisas təhsili müəssisələrinə qəbula böyük maraq var. Valideynlər “ASAN xidmət” mərkəzlərinə gələrək ixtisaslarla maraqlanır, mütəxəssislərimizin köməyindən istifadə edərək müvafiq ixtisasları seçirlər”.

Şöbə müdirinin sözlərinə görə, ən yüksək maraq aşpaz ixtisasınadır: “Aşbazlığa həm qızlar, həm də oğlanlar maraq göstərirlər. Ən çox müraciət olunan ixtisaslar arasında kompüter operatoru, veb-dizayner, kompüter ustası, bərbər, dərzi, avtomobil üzrə elektrik, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, elektrik avadanlıqlarına xidmət və təmiri mütəxəssisi də var”.

Bəzi ixtisaslara böyük maraq olduğu halda tamamilə diqqətdən kənarda qalan ixtisaslar da var. A.Əlilinin sözlərinə görə, bu vəziyyət qəbulun növbəti mərhələsində daha çox namizədin kənarda qalmasına səbəb ola bilər: “Bəzi ixtisaslara həddən artıq böyük maraq var, bəziləri isə yeni olduğundan seçən yoxdur. Vətəndaşların məlumatsızlığı, standart ixtisas seçmələri, yalnız bir ixtisasa və ya bir peşə təhsil müəssisəsinə üstünlük verməsi növbəti mərhələdə onların özləri üçün problem yarada bilər”.

A.Əlili ötən günlər ərzində müşahidə etdikləri problemlərə də toxunub: “Maraqlıdır ki, valideynlər “ASAN xidmət” mərkəzlərində qeydiyyatdan keçdikdən sonra məktəblərə gedir və sonradan qayıdıb ərizələrini dəyişdirirlər. Ümumiyyətlə, müşahidə edirik ki, bəzi valideynlər yenə də yaradılan şəraitdən yararlanmır, gənclərin sahəyə olan maraqlarını dəyərləndirmirlər”.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin mütəxəssislərinin mütəmadi olaraq reydlər, qəbul mərkəzlərinə baxış keçirdiyini vurğulayan A.Əlili aşkar etdikləri hər hansı nöqsanın dərhal aradan qaldırıldığını və belə hallar olduğu halda vətəndaşların Agentliyə məlumat verməsinin vacibliyini də vurğulayıb. 

 

 


6 il əvvəl