• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Martın 2-də Təhsil Nazirliyində 2010-2011-ci tədris ili üçün dərsliklərin nəşri və çapa hazırlanması ilə bağlı müşavirə keçirilib.

Təhsil naziri Misir Mərdanov müşavirəni giriş sözü ilə açaraq məlumat verib ki, 2010-2011-ci tədris ilinə 111 adda dərslik və müəllim üçün metodik vəsaitin çapı nəzərdə tutulur, onlardan 71-i I, VI və VIII-XI siniflər, 40-ı isə III siniflər üçündür. Nazir III siniflər üçün dərslik komplektlərinin çapının tender yolu ilə müəyyənləşdiriləcəyini də diqqətə çatdırıb.
Sonra Misir Mərdanov ölkəmizdə dərslik siyasətinin uğurla aparıldığını və bu sahədə müsbət nəticələrin əldə olunduğunu qeyd edib. Nazir son illər dərsliklərimizin məzmunu və poliqrafik keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görüldüyünü bildirib. Dərsliklərin hazırlanması və çapı ilə bağlı həyata keçirilən tədbirlərdən ətraflı söz açan Misir Mərdanov daha sonra çap olunacaq dərsliklərimizdə diqqət artırılması vacib olan bir sıra məqamlara toxunub. Nazir dərsliklərin hazırlanması işində orta məktəb müəllimlərinin sayının daha da artırılmasının olduqca zəruriliyini vurğulayıb və bildirib ki, orta məktəb müəllimlərinin dərslik müəllifi olması, dərsliklərin redaktə və metodik cəhətdən işlənilməsinə cəlb edilməsi bu sahədəki nöqsanların azaldılmasına gətirib çıxarır.
Misir Mərdanov xüsusi qeyd edib ki, dərsliklər hazırlanarkən şagirdlərin yaşı və qavrama səviyyəsi nəzərə alınmalı, onların elmi yükü və dili bir qədər yüngülləşdirilməlidir. Nazir həmçinin, ayrı-ayrı fənlər üzrə ekspert müəllimlərdən onlara təqdim olunan dərslikləri oxuyarkən bu və digər məqamlara diqqəti artırmalarını, ümumiyyətlə dərslik hazırlığı ilə məşğul olan hər bir kəsə bu işə daha məsuliyyətlə yanaşmağı tövsiyə edib.
Müşavirədə dərsliklər, onların nəşri və çapa hazırlıq məsələləri barədə geniş fikir mübadiləsi aparılıb, tanınmış alimlər, ayrı-ayrı fənləri tədris edən müəllimlər rəy və təkliflərini bildiriblər.


8 il əvvəl