• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilərimizin növbəti olimpiada uğuru

12-22 iyul 2017-ci il tarixlərində Braziliyada 58-ci Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilib. 112 ölkədən 600-dən çox şagirdin iştirak etdiyi olimpiadada azərbaycanlı məktəblilər ölkəmizi uğurla təmsil ediblər. Belə ki, akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin IX sinif şagirdləri Ramil Cəbiyev, Anar Rzayev, X sinif şagirdi Anar Abbaslı, Gəncə şəhər 26 nömrəli tam orta məktəbin eksperimental pilot sinfinin XI sinif şagirdi Mirəli Əhmədli bürünc medal qazanıblar.

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Murad Ağazadə və akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinif şagirdi Emil Qasımov olimpiadanın həvəsləndirici sertifikatına layiq görülüblər.

Qeyd edək ki, bu, 2011-ci ildən sonra Beynəlxalq Riyaziyyat Olimpiadasında qazanılan ən yaxşı nəticədir.  

Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Nazirlik tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü,  Kimya-biologiya təmayüllü liseylərdə yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.


6 il əvvəl