• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyində görüş

İyulun 21-də Təhsil Nazirliyində Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumuna seçilmiş bir qrup məktəbli ilə görüş keçirilib.

Görüşdə təhsil naziri Mikayıl Cabbarov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva iştirak edib. 

Forum haqqında tədbir iştirakçılarına məlumat verən Aynur Sofiyeva bildirib ki, Uşaqların Ümumrespublika Forumu onların öz hüquqları ilə bağlı qərarların qəbul olunmasında iştirakını təmin etmək, uşaqlara öz problemləri haqqında təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəltmək məqsədilə keçirilir.

İştirakçılara uğurlar arzulayan təhsil naziri Mikayıl Cabbarov forumun keçirilməsini yüksək qiymətləndirib, bu tədbirin uşaqların ictimai fəallığının artırılmasında, müxtəlif layihələrdə iştirakının təmin edilməsində mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Daha sonra uşaqların fikirləri, təklifləri dinlənilib, onların sualları cavablandırılıb.

Cari ilin noyabr ayında keçiriləcək forumda iştirak üçün ölkəmizin şəhər və rayonlarından bir qrup uşaq nümayəndə seçilib. Seçilmiş uşaqların fəallığını təmin etmək, forumda müzakirəyə çıxarılacaq mövzu üzrə onların biliklərini və problemə yanaşma tərzini təkmilləşdirmək üçün il ərzində uşaqların iştirakı ilə uşaq hüquqlarının ayrı-ayrı sahələri üzrə tədbir, təlim və görüşlərin keçirilməsi nəzərdə tutulub.


6 il əvvəl