• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyində təltifolunma mərasimi

İyulun 13-də Təhsil Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarında  yüksək nəticə göstərən idman məktəblərinin yetirmələrinin, Oyunların keçirilməsində fəal iştirak edən təhsil müəssisələrinin əməkdaşları və könüllülərinin təltif olunması mərasimi keçirilib.

Görüş iştirakçılarını təbrik edən təhsil naziri Mikayıl Cabbarov IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmizin həyatında əlamətdar hadisə olduğunu bildirib,  “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil edilməsində 11 mindən çox tələbə-könüllünün xüsusi rolu olduğunu diqqətə çatdırıb.

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən könüllülərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və  Oyunların Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyeva tərəfindən yüksək qiymət verildiyini diqqətə çatdıran təhsil naziri oyunların bağlanış mərasimində Birinci Vitse-prezidentin könüllülərə təşəkkür nitqini xatırladıb.

Mikayıl Cabbarov İslam Oyunlarının qalibləri arasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər, idman məktəblərinin 18 nəfər idmançısının yer aldığını, 4 qızıl və 4 bürünc olmaqla, ümumilikdə 8 medal qazanıldığını vurğulayıb.

Təhsil Nazirliyi tərəfindən IV İslam Həmrəyliyi Oyunlarının təbliği ilə bağlı bir sıra kütləvi idman tədbirlərinin keçirildiyini diqqətə çatdıran təhsil naziri bu işlərin görülməsində nazirlik əməkdaşlarının fəal iştirak etdiyini bildirib. 

Daha sonra İslam Oyunlarında yüksək nəticə göstərən idman məktəblərinin yetirmələri, Oyunların keçirilməsində fəal iştirak edən əməkdaşlar, könüllülər və idmançılar təltif olunublar.


6 il əvvəl