• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində müsabiqə davam edir

Təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə çalışmaq arzusunda olan şəxslərin Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda  bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması üzrə müsabiqə davam edir. Müsabiqənin elan olunduğu tarixdən - iyunun 22-dən bu günədək 600-ə yaxın şəxs iştirak üçün elektron müraciət edib.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 20-dək  elektron müraciət edə bilərlər.

Müsabiqə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq həyata keçirilir.

“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsinin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya  texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil  işçilərini yetişdirmək və təkmilləşdirməkdir.

 

“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə


6 il əvvəl