“Bəbirləri mühafizə edək!” adlı növbəti yay düşərgəsi keçirilib
IDEA İctimai Birliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Ümumdünya Təbiətin Mühafizəsi Fondunun Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Bəbirləri mühafizə edək!” adlı növbəti ekoloji yay düşərgəsi keçirilib.
“Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi çərçivəsində Masallı rayonunun Qəriblər kəndində təşkil edilən düşərgədə Astara, Lənkəran və Masallı rayonlarının orta məktəblərinin şagirdləri iştirak edib.
“Bəbirləri mühafizə edək!” yay düşərgəsinin məqsədi Qafqaz bəbirinin məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gəncləri bu nadir növ haqqında maarifləndirmək, onun mühafizəsini təbliğ etmək, məktəblilərdə ətraf mühitə, nadir heyvanlara qarşı qayğıkeş və məsuliyyətli münasibəti formalaşdırmaqdır.
Yay düşərgəsində məktəblilər bəbirlərin həyat tərzi, yaşadığı ərazilər və təbiətdəki rolu barədə geniş məlumat alaraq bu nadir növün qorunmasına aid seminarda, ekoloji müsabiqələrdə və tədqiqatlarda iştirak ediblər. Məktəblilər rejissor Adrian Stern tərəfindən Talış dağlarında yaşayan bəbirlər haqqında çəkilmiş “Dünyanın ən çox axtarılan bəbiri” adlı sənədli filmə tamaşa ediblər.
Düşərgə iştirakçıları bəbirlərin məskunlaşdığı və xüsusi mühafizə olunduğu Hirkan Milli Parkına səyahət zamanı relikt bitki örtüyü ilə tanış olublar. Məktəblilər xüsusi proqram üzrə ekosistem xidmətləri, insanla təbiət arasında qarşılıqlı münasibətlər, bəbirlərin tükənməsi səbəbləri barədə məlumatlandırılıblar.
Düşərgənin yekununda iştirakçılara IDEA İctimai Birliyinin, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin, Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin sertifikatları və hədiyyələr təqdim olunub.
IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl rayonlarından ümumilikdə 300-dən çox məktəbli iştirak edib.
6 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23 -
I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb
19.04.2024 - 14:56 -
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib
17.04.2024 - 15:05