• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan idmançılarından daha bir uğur

Azərbaycan idmançıları Gürcüstanda idman dırmanması üzrə beynəlxalq turnirdə üç gümüş medala layiq görülüblər.

Bakı şəhəri 56 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fuad Abdullayev 2000-2001-ci il təvəllüdlü idmançılar arasında idman dırmanması (çətinlik növü) üzrə yarışda ikinci yerə sahib olub.

Bakı İdarəetmə və Texnologiya Kollecinin IV kurs tələbəsi Gəray Əliyev isə 1998-1999-cu il təvəllüdlü idmançılar arasında idman dırmanması (sürət və çətinlik növü) üzrə yarışlarda ikinci yeri tutub.

Qaliblərə medal, diplom və mükafat təqdim edilib. 


6 il əvvəl