• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH qruplarının tələbələri “Azercell”də təcrübə keçirlər

Təhsil Nazirliyinin SABAH qrupları“Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində 10 nəfər SABAH tələbəsi  “Azercell Telekom” şirkətinin yay təcrübə proqramında iştirak etmək haqqını qazanıb.

Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universitetinin SABAH qruplarında təhsil alan tələbələr ixtisas sahələri istiqamətində 2 ay müddətində şirkətdə təcrübə keçəcəklər.Təcrübə dövründə tələbələr onlar üçün hazırlanmış proqrama əsasən, mentorlarla birgə işləyəcək və öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı əldə edəcəklər.

Təcrübə proqramının ilk günü keçirilmiş görüşdə “Azercell” şirkətinin əməkdaşları, təcrübəçilərin gələcək mentorları, həmçinin SABAH qruplarının nümayəndələri də iştirak edib. Görüşün məqsədi tələbələrə təcrübə proqramı və planlarını nümayiş etdirmək, gələcək karyeralarında uğur qazanmaq üçün müəyyən tövsiyələr vermək olub.


6 il əvvəl