Təhsil dialoqu çərçivəsində görüş
İyulun 4-də Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə təhsil dialoqu çərçivəsində işçi qrupun ilk iclası öz işinə başlayıb.
İki gün davam edəcək iclası təhsil naziri Mikayıl Cabbarov açaraq qonaqları salamlayıb, iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində təhsil əlaqələrinin inkişafını yüksək qiymətləndirib və əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.
Sonra Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov və Türkiyə milli təhsil nazirinin müavini Orhan Erdemin iştirakı ilə hər iki ölkənin təhsil qurumlarının aidiyyəti sahələri üzrə təmsilçilərinin işçi görüşü olub. Görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində münasibətlərin cari vəziyyəti, hüquqi baza və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
6 il əvvəl
Digər xəbərlər
-
Valideyn və şagirdlərin nəzərinə!
29.03.2024 - 11:50 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək
29.03.2024 - 10:58 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
28.03.2024 - 12:08 -
Məktəblərdə kibertəhlükəsizlik qaydaları ilə bağlı maarifləndirmə tədbirləri keçiriləcək
27.03.2024 - 17:50 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
27.03.2024 - 10:16