• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İdman klubları rəhbərlərinin iştirakı ilə müşavirə

Təhsil Nazirliyində ali təhsil müəssisələrinin idman klubları rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, ali təhsil müəssisələrinin idman klublarının nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Müşavirədə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından, bu sahədə nazirlik tərəfindən görülən işlərdən, təhsil alanların sağlamlığının qorunmasında idman və bədən tərbiyəsinin əhəmiyyətindən danışıb. Nazir müavini tələbələrin idmana cəlb olunması işinin yaxşılaşdırılması və digər istiqamətlərdə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Tədbirdə çıxış edən bir sıra idman klublarının rəhbərləri kadr məsələlərindən, il ərzində idmançıların qazandığı uğur və nailiyyətlərdən, həmçinin klublarda olan mövcud vəziyyətdən söz açıb, bu istiqamətdə fəaliyyətin yaxşılaşdırılması ilə bağlı müvafiq təkliflər verib.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.


6 il əvvəl