• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanlı şagirdlərdən növbəti uğur

24-29 iyun 2017-ci il tarixlərində Bolqarıstanın Varna şəhərində yeniyetmələrin 21-ci  Beynəlxalq Balkan Riyaziyyat olimpiadası keçirilib. Olimpiadada Bolqarıstan, Rumıniya, Serbiya, Yunanıstan və digər Balkan ölkələri ilə yanaşı, Fransa,  Qazaxıstan, Səudiyyə Ərəbistanı və daha bir çox ölkənin şagirdləri iştirak edib. Azərbaycan bu elm yarışında 6 şagird və 2 rəhbər olmaqla 8 nəfərlik heyət ilə təmsil olunub.

“İstək” liseyinin 9-cu sinif şagirdi Ramil Cəbiyev olimpiadanın gümüş, həmin təhsil müəssisəsinin 9-cu sinif şagirdləri Ramiz Vəliyev, Murad Ağayev, həmçinin Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 8-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov olimpiadanın bürünc medalına layiq görülüblər.

Qeyd edək ki, şagirdlərin hər biri Fizika-riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həftədə iki dəfə olmaqla hazırlıq dərslərində iştirak edirlər.


6 il əvvəl