• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilərimiz Avropa çempionatında 6 medal qazanıb

Monteneqro Respublikasının Budva şəhərində keçirilən şahmat üzrə məktəblilərin Avropa çempionatı başa çatıb.

Ümumilikdə 22 ölkədən 400-ə yaxin şahmatçının iştirak etdiyi çempionatda “Təhsil” Respublika İdman Mərkəzinin komandası tam heyətlə çıxış edərək 3 gümüş və 3 bürünc olmaqla ümumilikdə 6 medal qazanıb.

Komandanın üzvləri  - Gəncə Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Səadət Bəşirli 7 yaşadək qızlar arasında, Quba rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Sevil Tahirova 15 yaşadək qızlar arasında, Sumqayıt Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Sahil Mehrəliyev 15 yaşadək oğlanlar arasında gümüş medal, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Xanım İsmayılova 7 yaşadək qızlar arasında, Ziya Məmmədov 7 yaşadək oğlanlar arasında, Lənkəran Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Kənan Əhədzadə 17 yaşadək oğlanlar arasında bürünc medal qazanıblar.


6 il əvvəl