• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakı məktəblilərindən növbəti qələbə

Paytaxtda taekvando idman növü üzrə IV Bakı Açıq Çempionatı keçirilib.

Yarışda Azərbaycan və Gürcüstanı təmsil edən 6-15 yaş arasında olan idmançılar mübarizə aparıb.

Turnirin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə təhsil alan 49 şagird çempionatın qalibləri sırasında yer alıb. Müxtəlif çəki dərəcələri üzrə məktəblilərdən 14-ü I, 19-u II, 16-sı III yerə layiq görülüb.

Qeyd edək ki, yarışda Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin 5, A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasının 4, Cəbrayıl rayon Ə. Veysəlov adına Sirik kənd tam orta məktəbin 2, Laçın rayon 28 nömrəli tam orta məktəbin 1, “Ankara məktəbi” məktəb-liseyin 1 şagirdi və Gürcüstandan olan 2 idmançı da qaliblər sırasına düşüb. 

Qaliblər medal və diplomla təltif edilib.

Xatırladaq ki, bir müddət əvvəl kikboksinq idman növü üzrə Gürcüstanda təşkil olunan Beynəlxalq Açıq Dünya Çempionatında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən 10-u I, 6-sı II, 3-ü III yerə layiq görülüb


6 il əvvəl