• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tələbə-könüllülər “Bakı Marafonu-2017”də

İyunun 21-də Təhsil Nazirliyində  Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilmiş “Bakı Marafonu-2017”də iştirak edən tələbə-könüllülərlə görüş olub.

Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlərdə tələbə-könüllülərin xüsusi rolu olduğunu qeyd edib və onlara göstərdikləri fəaliyyətə görə təşəkkürünü bildirib. “Bir” Tələbə-Könüllü proqramının “Bakı Marafonu-2017”nin keçirilməsinə göstərdiyi dəstəyi diqqətə çatdıran nazir müavini bildirib ki, marafonda bu proqramın 400-ə yaxın tələbə-könüllüsü iştirak edib. Dövlət Bayraq Meydanından başlayan və Bakı Olimpiya Stadionunda başa çatan “Bakı Marafonu”nun bütün iştirakçıları tələbə-könüllülərin dəstəyindən faydalanıb.

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı haqqında məlumat verən təhsil nazirinin müavini bildirib ki, proqram  ölkəmizin 7 şəhərində yerləşən 36 ali və orta ixtisas təhsili müəssisəsini əhatə edir. 11 000-ə yaxın könüllü bazasına sahib olan proqram Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran və Mingəçevirdə keçirilmiş 150-ə yaxın müxtəlif səviyyəli tədbirləri müşaiət edib, bir sıra aksiyalar təşkil edib.  Könüllüləri vahid məlumat bazasında birləşdirən və 2015-ci ilin dekabrından fəaliyyət göstərən proqram Azərbaycanda könüllülük fəaliyyətinin istiqamətləndirilməsinə kömək edir.

Sonra “Bir” Tələbə-Könüllü proqramına  təşəkkür plaketi təqdim olunub.

Qeyd edək ki, “Bakı Marafonu – 2017”nin icraçıları və tərəfdaşları ilə 11 ali təhsil müəssisəsində təqdimatlar keçirilib. May-aprel aylarını əhatə edən tədqimatlarda 3000-ə yaxın müəllim və tələbəyə “Bakı Marafonu-2017” yarışı, marafonun tarixi, qaydaları, qeydiyyat prosesi, marşrutu barədə məlumat verilib.

“Bir” Tələbə-Könüllü proqramının əhatə etdiyi 30 ali və orta ixtisas təhsili müəssisəsində tələbələrin məlumatlandırılması üçün "Bakı Marafonu-2017“ posteri yerləşdirilib və marafonda iştirak etmək istəyən tələbələr üçün BİR könüllü-koordinatorları vasitəsilə birbaşa çıxış imkanı yaradılıb. Eyni zamanda "Bakı Marafonu-2017" yə hazırlıq məqsədi ilə keçirilən əyləncə və məşq günü tədbirində “Bir” tələbə-könüllülər də iştirak edib.

Tədbirdə tələbə-könüllülər “Bakı Marafonu” üçün qeydiyyat, tədbir iştirakçılarının qarşılanması, məlumat verilməsi və digər işlərdə könüllü qismində fəaliyyət göstəriblər.

 “Bir” Tələbə-Könüllü proqramının sosial şəbəkələrdəki səhifələrindən "Bakı Marafonu-2017" barədə paylaşılan məlumat, canlı yayım, şəkil və videolar 60 mindən çox insana çatdırılıb.


6 il əvvəl