• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Turizm xidmət sahəsi üzrə hazırlanmış kadrlara sertifikatlar təqdim olunub

İyunun 19-da “Turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi çərçivəsində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində 2016-2017-ci tədris ilinin məzunlarına sertifikatların təqdim olunması mərasimi keçirilib.

Qeyd edək ki, “Turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “British Council” və Bakıda fəaliyyət göstərən mehmanxanalarla birgə əməkdaşlıqda həyata keçirilib.

Tədbirdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzə Dövlət Agentliyinin direktoru Famil Mustafayev və “British Council” təşkilatının ölkə üzrə direktoru Elizabet Vayt çıxış edərək məzunları təbrik edib, birgə əməkdaşlıq çərçivəsində icra olan layihənin uğurla başa çatdığını qeyd ediblər. Bildirilib ki, pilot layihə yeni bacarıqlara malik gənclərin, uğurlu kadrların işlə təminatına xidmət edir.

Sonra Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Liseyinin 41 nəfər şagirdinə sertifikatlar təqdim edilib.

Dövlət-biznes əməkdaşlığının və iş yerində öyrənmə modelinin bariz nümunəsi olan pilot layihənin məqsədi turizm xidmət sektoru üzrə əmək bazarının ehtiyaclarına uyğun və praktikaya əsaslanan dayanıqlı proqramlar yaradaraq məzunları işlə təmin etmək olub.  

Layihə çərçivəsində Birləşmiş Krallığın “People 1st” təşkilatı tərəfindən “aşpaz”, “oteldə konsiyerj” və “mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi” ixtisasları üzrə yeni kurikulum və tədris materialları hazırlanıb, müvafiq təlimlər keçirilib və proqramın nəticəsi olaraq  50 faizədək məzun Bakı şəhərinin 5 ulduzlu mehmanxanalarında işlə təmin edilib.

Turizm xidmət sektoru üzrə “Abşeron Otellər Qrupu”, “JW Marriott”, “Four Seasons”, “Hyatt Regency”, “Fairmont”, “Hilton”, “Pullman” və “Gilan Turizm” şirkətlər qrupu mehmanxanaları layihəyə cəlb olunub. İşəgötürənlər əmək bazarının öyrənilməsi prosesində və buraxılış imtahanlarında iştirak edib, mehmanxanalardan təlimçilərin ilk peşə-ixtisas təhsili müəssisələrinə cəlb olunmasına mütəxəssis dəstəyi göstərilib.

Gələcəkdə Azərbaycanın turizm üzrə ixtisaslaşmış digər ilk peşə-ixtisas təhsili müəssisələrinin bu layihə üzrə təcrübədən faydalanması nəzərdə tutulur.

 


6 il əvvəl