“Dostluq çələngi” hesabat konserti
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Milli rəqs” dərnəyinin “Dostluq çələngi” adlı hesabat konserti keçirilib.
Konsertdə dövlət və qeyri-hökumət təşkilatlarından, müxtəlif səfirliklərdən dəvət olunmuş qonaqlar iştirak ediblər.
Konsertin birinci hissəsində milli rəqslər, ikinci hissədə nağıl qəhrəmanlarına həsr olunmuş süjetli rəqslər nümayiş olunub. Üçuncü hissə isə dostluq motivində qurulub. Belə ki, uşaqlar dünya xalqlarına, həmçinin islam ölkələrinə məxsus rəqsləri ifa ediblər.
Sonra qonaqlar tədbir haqqında təəssüratlarını bölüşüblər. Qırğızıstan Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndəsi mərkəzə xüsusi “Təşəkkürnamə” təqdim edib. Həmçinin Milli Olimpiya Komitəsinin nümayəndəsi IV İslam Həmrəyliyi Oyunları ilə bağlı “Zəfər günləri” layihəsi çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakına görə kollektivin üzvlərinə “Təşəkkürnamə” verib.
Tədbirdə çıxış edən iştirakçılar Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən diplomlarla təltif olunub.
6 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23 -
I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb
19.04.2024 - 14:56 -
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10