• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Pilot qiymətləndirmənin nəticələrinə dair təqdimat

Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji UniversitetiAzərbaycan Texniki Universitetində “Tvininq” layihəsi çərçivəsində təqdimat keçirilib. Təqdimatda ali təhsil müəssisələrinin inkişafına dəstək göstərəcək yeni akkreditasiya standartlarının sınaqdan keçirilməsi ilə bağlı pilot qiymətləndirmənin nəticələri açıqlanıb.

Qiymətləndirmə Finlandiya və Estoniyadan olan ali təhsil ekspertləri, eləcə də yerli mütəxəssislərin iştirakı ilə aprel ayında həyata keçirilib. Pilot qiymətləndirmənin həyata keçirilməsi üçün bir ilə yaxın hazırlıq işləri həyata keçirilib. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi ilə birgə Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Standartları və Təlimatlarının (ESG) tələbləri əsasında yeni qiymətləndirmə standartları hazırlanıb. Ali təhsil müəssisələlərinin əməkdaşlarının özünütəhlil hesabatını hazırlamaları üçün xarici ekspertlər tərəfindən üç mərhələdən ibarət təlimlər keçirilib.

Qeyd edək ki, təqdim edilən hesabatlar pilot ali təhsil müəssisələrinin rəhbərliyi ilə müzakirə edilib, fikir və mülahizələr dinlənilib. Yeni akkreditasiya standartlarının Azərbaycan ali təhsil müəssisələrinin strateji inkişafına və keyfiyyət təminatı sisteminin yaradılmasına xidmət edəcəyi vurğulanıb. Həmçinin may  ayında Azərbaycan Texniki Universitetində yeni akkreditasiya standartları əsasında keçirilən qiymətləndirmə prosesinin təşkilinin təhlil edilməsi və onun təkmilləşdirilməsi məqsədi ilə, eləcə də bu standartların ali təhsil müəssisələrində tətbiqi təcrübəsinə dair xarici və yerli ekspertlərlə birgə seminar da təşkil olunub.    


6 il əvvəl