• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil İnstitutu yay olimpiada düşərgəsi təşkil edəcək

Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən şagirdlərin yay tətilində riyaziyyat, informatika, kimya, fizika və biologiya fənləri üzrə intensiv dərslərdən ibarət yay olimpiada düşərgəsi təşkil ediləcək.

Düşərgə iyunun 16-dan iyulun 16-dək Fizika, riyaziyyat və informatika təmayüllü liseydə reallaşdırılacaq.

Yay olimpiada düşərgəsi həftənin 3 günü, hər gün 3 saat olmaqla həyata keçiriləcək.

Düşərgədə məşğələlər ilkin olimpiada hazırlıq işini bilən mütəxəssislər tərəfindən aparılacaq.

Yay olimpiada düşərgəsində V-VI və VII-VIII siniflər bir yerdə olmaqla məşğələlər aparılacaq.

Sonda şagirdlərlə kiçik müsabiqə keçiriləcək və yay düşərgəsinin qalibləri müəyyənləşdiriləcək. Həmçinin məktəblilərə öncədən müəllimlər tərəfindən hazırlanan yay tapşırığı toplusu təqdim ediləcək.

Yay olimpiada düşərgəsində iştirak edən bütün şagirdlərə sonda  sertifikatlar veriləcək. 


6 il əvvəl