• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Oynayaraq öyrənək” layihəsinin yekunu

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin birgə həyata keçirdiyi “Oynayaraq öyrənək” adlı sosial yönümlü təhsil layihəsinin bağlanış mərasimi keçirilib.

Bir aydan artıq müddətdə davam edən, "Oynayaraq öyrənək" devizi altında həyata keçirilən layihənin əsas məqsədi uşaq bağçasına getməyən uşaqları didaktik oyunlar vasitəsilə məktəbə hazırlamağın mümkün olduğunu cəmiyyətə və valideynlərə göstərmək, onları maarifləndirmək, cəmiyyətdə uşaq tərbiyəsi və təhsili ilə bağlı stereotip fikirləri qırmaqdır.

Layihə çərçivəsində kollecin bir qrup seçilmiş tələbəsi aprel ayı ərzində TİPİİ-də təşkil olunmuş xüsusi təlimlərdə iştirak ediblər. “Didaktik oyunlar: nəzəriyyə və təcrübə” adlı seminarda tələbələrə uşaqların erkən inkişafı, öyrənmə nəzəriyyələri, didaktik oyunların əhəmiyyəti, məktəbəqədər yaşlı uşaqlarla işin təşkili metodikası və digər nəzəri biliklərlə yanaşı təcrübi bacarıqlar da aşılanıb.

Kursu uğurla başa vurmuş tələbələrdən 18 nəfəri may ayı ərzində Bilgəh qəsəbəsindəki 11 saylı İnteqrasiya təlimli internat məktəbində, Binəqədi rayonu Heydər Əliyev parkında, Mir Cəlal parkında, Yasamal rayonu İzmir  parkında, Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbində, N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbində uşaqlar və onların valideynləri, dayələrlə fləş-mob formatında öyrədici oyunlar keçiriblər.


6 il əvvəl