• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Coca-Cola məktəbli kuboku” turnirinə yekun vurulub

Təhsil Nazirliyi, AFFA Coca-Cola şirkətinin birgə layihəsi olan “Coca-Cola Məktəbli Kuboku” turnirinin final mərhələsinə yekun vurulub.

Final qarşılaşmasında Bakı şəhəri Suraxanı rayonu 141 nömrəli tam orta məktəbin komandası ilə Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin komandası qarşılaşıb. Rəqibini 7:3 hesabı ilə məğlub edən 141 nömrəli tam orta məktəbin komandası “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2016-2017-ci il mövsümünün qalibi olub. Turnirdə 3-cü yeri Gəncə şəhəri 24 nömrəli tam orta məktəbin komandası tutub.

Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları təhsil nazirinin müavini, AFFA İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov, AFFA-nın baş katibi Elxan Məmmədov və “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel təqdim ediblər.

Turnirin ən yaxşı oyunçusu Suraxanı rayonundakı 141 nömrəli tam orta məktəbin komandasının kapitanı Nicat Quliyev seçilib. Həmin məktəbin şagirdi Hüseyn Quliyev 11 qolla yarışın ən məhsuldar oyunçusu olub. Fair Play mükafatına isə Qaradağ rayonundakı 106 saylı məktəbin komandasının üzvü Ləman Həsənzadə layiq görülüb.


6 il əvvəl