• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Rumıniyanın milli təhsil nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Mayın 25-də təhsil naziri Mikayıl Cabbarov Rumıniyanın milli təhsil nazirinin müavini Gigel Paraskivin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Rumıniyanın milli təhsil nazirinin müavini Gigel Paraskiv Azərbaycan-Rumıniya Universitetlərarası Forumunun keçirilməsinə görə təhsil nazirinə təşəkkürünü bildirib.

Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.


6 il əvvəl