“Gücümüz həmrəylikdədir” adlı tədbir keçirilib
Təhsil Nazirliyi Respublika Uşaq Yaradıcılıq Mərkəzinin, Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına parkda “Gücümüz həmrəylikdədir” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar uşaqlarda dini tolerantlıq, əməkdaşlıq, dostluq, əmin-amanlıq hisslərini aşılamaq, islam mədəniyyətini, incəsənətini və tarixini təbliğ etməkdir.
Tədbirdə Respublika Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri 13 ölkənin mədəniyyətini, incəsənətini, tarixini əks etdirən dekorativ tətbiqi sənət nümunələrini, milli rəqslərini, geyimlərini və mətbəxini nümayiş etdirib.
6 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30