• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tələbə-könüllülər IV İslam Həmrəyliyi Oyunlarında fəal iştirak edib

Mayın 23-də Təhsil Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən könüllülərlə bağlı brifinq keçirilib.

Brifinqdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanın növbəti dəfə dünyaya sülhsevərliyini və yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirdiyini qeyd edib. Nazir müavini IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın ev sahibliyi etməsinin hər kəsdə qürur hissi doğurduğunu söyləyib və bildirib ki,  oyunlarda yüksək nəticə göstərən idmançılarımız arasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin 18 nəfər idmançısı da var. Onlar 8 idman növü üzrə milli yığma komandaların tərkibində iştirak edib. Həmin idmançıların 6 nəfəri bu oyunların mükafatçısı olub, 4 qızıl, 4 bürünc olmaqla, ümumilikdə 8 medal qazanılıb.

“Bakı 2017” IV İslam Həmrəylik Oyunlarının keçirilməsinin  həm də böyük insan resursları hesabına başa gəldiyini qeyd edən nazir müavini bu işdə tələbə-könüllülərin xüsusi rolu olduğunu qeyd edib. Könüllülərin fəaliyyətinə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyeva tərəfindən yüksək qiymət verildiyini diqqətə çatdıran təhsil nazirinin müavini oyunların bağlanış mərasimində Birinci Vitse-prezidentin könüllülərə təşəkkür nitqini xatırladıb.

Firudin Qurbanov bildirib ki, könüllülər oyunların keçirildiyi müddətdə idmançılara və rəsmi şəxslərə kömək edib, tamaşaçılara, ictimaiyyətə, əcnəbi qonaqlara, turistlərə və media nümayəndələrinə dəstək göstəriblər.

Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış “BİR” Tələbə-Könüllü Proqramının könüllülərin məlumatlandırılmasında və toplanmasında  mühüm rol oynadığını vurğulayan nazir müavini  İslam Oyunlarında könüllülük fəaliyyəti ilə bağlı Azərbaycanın 6 şəhərinin 20 ali təhsil və 16 orta ixtisas təhsili müəssisələrində 20290 tələbənin iştirakı ilə 100-dən artıq görüş keçirildiyini diqqətə çatdırıb.

Nazir müavini bildirib ki, könüllülər indiyədək ölkəmizdə keçirilmiş mötəbər tədbirlərdə fəal iştirak ediblər. “Bakı 2015” Birinci Avropa Oyunlarına 12 min, “Bakı Marafonu-2017”yə 350, “Formula 1” Avropa Qran Prisinin təşkilinə 3000-dən artıq, IV İslam Həmrəyliyi Oyunlarına isə 11 mindən çox tələbə-könüllü cəlb olunub. 23-25 iyun tarixlərində keçiriləcək “Formula 1” Azərbaycan Qran Prisində isə 3500-ə yaxın tələbə-könüllü iştirak edəcək.

Brifinqdə qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən cari ilin mart-aprel aylarında IV İslam Həmrəyliyi Oyunlarının Proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri keçirilib. Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının Proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliği, onların idmana marağının artırılması, məktəblilərin sağlam həyat tərzinə cəlb edilməsindən ibarət olub.

Bu müddət ərzində ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika idman növləri üzrə 50 zona yarışları təşkil olunub. Həmin yarışlara 70 minə yaxın məktəbli qatılıb, 600-dən çox fiziki tərbiyə müəllimi cəlb olunub, oyunları 100-ə yaxın hakim idarə edib.

Dənizkənarı Milli Park ərazisində IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş məktəblilərin iştirakı ilə yürüş, fləşmob və konsert keçirilib.1500 nəfərə yaxın məktəblinin qoşulduğu yürüşün ardınca 350 nəfər məktəblinin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarının loqotipi qurulub. Eyni zamanda yürüş zamanı oyunlarda iştirak edəcək islam dövlətlərinin bayraqları nümayiş olunub. IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş respublika təsviri sənət müsabiqəsi keçirilib.

Daha sonra könüllülər öz təəssüratlarını bölüşüblər. 


6 il əvvəl