• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İnternat məktəbində “Beynəlxalq ailə günü”

Mayın 18-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə 11 nömrəli İnteqrasiya təlimli internat  məktəbində “Beynəlxalq ailə günü” ilə bağlı tədbir keçirilib.

Mərasimdə Azərbaycan Dövlət  Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin könüllü tələbələri uşaqlarla birlikdə “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş rəsmlər çəkiblər. 10 nömrəli Sanatoriya tipli, 11 nömrəli İnteqrasiya təlimli və Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli internat məktəblərinin şagird kollektivi həyətyanı sahədə tələbələrlə birgə güllər əkiblər.

Tədbirdə,  həmçinin hər üç müəssisə üzrə may ayında anadan olmuş şagirdlərin doğum günləri qeyd olunub.

Daha sonra media nümayəndələri 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi ilə tanış olub. Qonaqlara məlumat verilib ki, məktəb 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub. Hazırda internat məktəbində 1108 nəfər şagird təlim-tərbiyə alır. Ümumtəhsil siniflərində 796, xüsusi siniflərdə isə 163 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 142 nəfər pedaqoji işçi məşğul olur.

2015-2016-cı tədris ilində internat məktəbini bitirən 39 nəfər məzundan 10 nəfəri sağlamlıq imkanları məhdud şagirddir. Ümumtəhsil siniflərindən məzun olan 29 nəfər şagirddən 9-u ali təhsil müəssisələrinə, 1 nəfəri isə kollecə qəbul  olunub.


6 il əvvəl