• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Yeniyetmə və gənclərin həyati bacarıqlarının artırılması” üzrə təlim

“Yeniyetmə və gənclərin həyati bacarıqlarının artırılması” mövzusunda məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinə təlimçilər üçün təlim keçirilir.

Təlim proqramına “Özünüdərk”, “Hüquqlarım və öhdəliklərim”, “Gender və sosial inklüzivlik”, “Faydalı vərdişlərin formalaşması”, “Qidalanma”, “İlk tibbi yadım”, “Fəlakət riskinin azaldılması – iqlim dəyişikliyi və fəlakət zamanı adaptasiya təminatı”,“Yaşam şərtləri - peşələr, peşə təhsili, planlama və büdcənin qurulması, sahibkarlıq”, “Reproduktiv sağlamlıq”, “Gender mənşəli zorakılıq-erkən nikah, məişət zorakılığı, insan alveri” kimi mövzular daxil edilib.

Bakı şəhəri üzrə məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təşkil edilmiş təlimlər başa çatdıqdan sonra müəllimlərin Bərdə, Mingəçevir, Masallı, Quba, Qazax, İsmayıllı, Şirvan, Qax şəhərlərinə ezamiyyələri baş tutacaq. Bu zaman hazırlanmış proqram üzrə 1500-dək VI və IX sinif şagirdinin maarifləndirilməsi həyata keçiriləcək.  

Avropa Komissiyasının DİPECHO fondu tərəfindən maliyyələşdirilən və Təhsil NazirliyiFövqəladə Hallar NazirliyiUNİCEF arasında 2016-2017-ci illəri əhatə edən “Azərbaycan Respublikasında Həssas Uşaqların və İcmaların Fəlakət Riskinə Davamlılığının Artırılması” layihəsi üzrə Fəaliyyət Planının müvafiq bəndi çərçivəsində keçirilən təlimlər mayın 21-dək davam edəcək.


6 il əvvəl