• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

NİZAMİ layihəsi üzrə müzakirələr aparılır

“Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və Vahid Avropa Ali Təhsil Məkanının tələblərinə uyğun strukturlaşdırılması” layihəsi üzrə (NİZAMİ layihəsi) növbəti görüş keçirilir.

Naxçıvan Dövlət Universitetində keçirilən görüşün əsas məqsədi layihə üzrə görülmüş işlərin təhlili və yekunlaşdırılmasına dair müzakirələrin aparılmasıdır.

Mayın 20-dək keçiriləcək görüşlərdə Azərbaycanda doktorantura təhsilinin gələcək modelinin yaradılması, bu təhsil üzrə Milli İdarəetmə Portalının hazırlanması, ali təhsil standartlarının müəyyənləşdirilməsi, professional biliklərin inkişafı, beynəlxalq əməkdaşlığın qurulması, şəbəkələşmə və keyfiyyət məsələləri müzakirə olunacaq.

Layihə 2014-cü ildə Azərbaycanın bir sıra ali təhsil müəssisələri, Təhsil NazirliyiAzərbaycan Milli Elmlər Akademiyası, Fransanın Monpelye Universitetinin rəhbərliyi, İsveç, Çexiya, Almaniya və İspaniyanın bir sıra ali təhsil müəssisələrinin əməkdaşlığı ilə Avropa İttifaqının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin Erasmus+ proqramı çərçivəsində həyata keçirilir. Layihənin icrasına 2015-ci ildə başlanılıb, 2018-ci ildə isə yekunlaşdırılması nəzərdə tutulub. Layihənin ölkə üzrə koordinatoru  Təhsil Nazirliyidir.

Layihənin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirməsi, Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada mövcud olan təsnifata uyğunlaşdırılmasıdır. Bu təhsil səviyyəsində keyfiyyətin təminatı və beynəlmilləşməyə nail olunması, doktorantura təhsil standartlarının müəyyənləşdirilməsi və ölkə üzrə doktorantura təhsili aparan təhsil müəssisələrini birləşdirən portalın yaradılması da layihəsinin əsas məqsədlərinə aiddir.


6 il əvvəl