“Uber” SABAH qruplarının fiziki məhdudiyyətli tələbəsinə dəstək olub
SABAH qruplarının fiziki məhdudiyyətli tələbəsinə “Uber” beynəlxalq texnologiya şirkəti tərəfindən dəstək göstərilib. Belə ki, şirkət birinci qrup əlil olan Masər Həsənova universitetə “Uber” servisi ilə pulsuz gediş-gəliş imkanı yaradıb.
Qeyd edək ki, Masər Həsənov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin üçüncü kursunda rejissor peşəsini öyrənir. M.Həsənov "Everest – ilk addım", "Mənim Bakım" , "Kapoeyra" sənədli filmlərin, "Dünya biz düşündüyümüzdən daha yaxşıdır" sosial video-çarxın, "Sevgi naminə" qısametrajlı filmin, “Payız uzunluğunda sevgi" kino-etüdün müəllifidir.
Bu məqsədlə keçirilən görüşdə ”Uber”in MDB ölkələri üzrə baş direktoru Aleksey Stax Masər Həsənova bilik əldə etməkdə kömək göstərməkdən məmnun olduqlarını bildirib. Fiziki məhdudiyyətli insanları dəstəkləməklə onların başqaları ilə bərabər inkişafına kömək etdiklərini deyən baş direktor bununla cəmiyyətin inkişafına töhfə verə biləcəklərinə inandığını deyib.
SABAH qruplarının İcraiyyə Komitəsinin rəhbəri Şahin Seyidzadə bildirib ki, tələbələrin keyfiyyətli təhsilə əlçatanlılığı – SABAH layihəsinin prioritetidir. Xüsusi qayğı və diqqət tələb edən tələbələrin keyfiyyətli təhsilə əlçatanlılığı isə bizim ümumi məsuliyyətimizdir.
Şahin Seyidzadə “Uber” şirkətinə bu təşəbbüs və Masər Həsənova göstərdiyi dəstək üçün təşəkkür edib.
"Uber" professional sürücü ilə avtomobillərin sifarişi üzrə mobil tətbiqi hazırlanmış beynəlxalq texnoloji şirkətdir. Şirkət dünya üzrə 73 ölkənin 450-dən çox şəhərində xidmət göstərir. Azərbaycanda "Uber" 2015-ci ilin aprel ayından etibarən fəaliyyət göstərir.
6 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30